Satdığımız neftin 73%-i Neft Fonduna məxsusdur

Ötən il ərzində Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarlarına ixrac olunan Azərbaycan neftinin ümumi həcmi 28 milyon 640 min 827 ton təşkil edib. “Yeniavaz.com” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, 2016-cı ildə dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi 2015-ci illə müqayisədə 1,5% azalıb. Keçən ilin dekabr ayı ərzində 1 milyon 887 min 729 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 374 min 823 tonunu (73%) Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən (2006-cı il, iyun) 2017-ci il yanvarın 1-ə qədər Ceyhan limanından 319 milyon 834 min 599 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

DİGƏR XƏBƏRLƏR

Top