Xüsusi əməliyyatla öldürülən Byutukayevin çantasından çıxan gizli sənədlər yayımlandı


Çeçenistanda öldürülən Aslan Byutukayev Rusiyanın xüsusi xidmət orqanının binasına hücum etməyə hazırlaşırdı.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TASS”məlumat yayıb. Dəstənin məhv edilməsindən sonra Byutukayevə aid çanta ələ keçirilib. Həmin çantadan çıxan sənədlərdə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Qroznıda olan binasının yerləşdiyi koordinatlar və ərazidəki toplama məntəqəsinin dəqiq məlumatları qeyd olunub. Həmin sənədlər əsasında Byutukayevin dəstəsinin növbəti hücumunun Qroznıda yerləşən Rusiya FTX binası olduğu məlum olub.
Qeyd edək ki, Aslan Byutukayev və dəstəsi 20 yanvar 2021-ci ildə Çeçenistanın Xüsusi xidmət orqanları tərəfindən məhv edilib.
O, Rusiyada və Çeçenistanda bir çox cinayətlərin təşkilində günahkar bilinir. 2011-ci il 24 yanvarda Doku Umarovla birlikdə Moskvada “Domodedovo” hava limanında 37 nəfərin öldüyü terror aktını törətdiyi qeyd olunur. Yayılan məlumatlarda bildirilir ki, Byutukayev 5 oktyabr 2014-cü ildə Qroznı bələdiyyə binasının qarşısında kamikadze hücumu təşkil edib. Hadisə nəticəsində 5 rus polis dünyasını dəyişmişdi. Bundan başqa Qroznıda baş verən toqquşmalarda 14 rus polisini öldürdüyü, 35 nəfəri isə yaraladığı vurğulanır.

DİGƏR XƏBƏRLƏR

Top