Yaşı 55-dən yuxarı olan müəllimlərə peyvənd məcburi vurulacaq? – TƏBİB və Nazirlikdən AÇIQLAMA


Xəbər verdiyimiz kimi, Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsinə 18 yanvar tarixindən etibarən başlanılıb. Lakin, bu proses başlanılandan sosial şəbəkələrdə bir çox iddialar səsləndirilir. Onlardan biri də 55 yaşdan yuxarı müəllimlərə məcburi  peyvənd vurulmasıdır. İddialara görə, bu yaş qurupundan olan müəllimlər peyvənd olunmazlarsa, işdən azad edəcəklər. 
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış Yeniavaz.com-a bildirdi ki, vaksinasiya könüllü xarakter daşıyır: "Hələ ki, səhiyyə işçilərinin vaksinasiyası aparılır. Lakin, həm tibb işçiləri, həm müəllimlərin vaksinasiyası məcburi deyil, könüllü aparılır".
Mövzu ilə bağlı eyni zamanda Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehovla əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. 
Qeyd edək ki, rəsmi açıqlamaya əsasən fevralın 2-dən vaksinasiyanın 2-ci mərhələsi başlanılacaq.
Mövzu ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehovla əlaqə saxladıq. O, Yeniavaz.-com-a açıqlamasında bu işin könüllü olduğunu bildirdi.

DİGƏR XƏBƏRLƏR

Top