Azərbaycanlı dənizçinin öldürüldüyü gəmidən kapitan məlumat verir – AUDİO


Azərbaycanlı heyər üzvü Fərman İsmayılovun qətlə yetirildiyi “Motsart” gəmisinin 4-cü kapitanı Furkan Yarenə məxsus səs yazısı yayılıb.
Yeniavaz.com
xəbər verir ki, səs yazısında kapitan F. İsmayılovun cənazəsinin hələ də göyərtə də olduğunu, özünün isə yaralandığını bildirir:
“İkinci mühəndis öldü. Gəmini idarə edirəm amma hara getdiyimi bilmirəm. Ayağımdan yaralanmışam. Bütün kabelləri söküblər, radardan başqa heç nə işləmir, “kor-topal” gedirik. Mənə bir istiqamət veriblər, o istiqamətdə gəmini sürürəm. Baş mühəndislə mən qalmışıq. Bir də mexanik var. Onun da qarnında qəlpə var. İkinci mühəndis öldü. Cənazəsi göyərtədədir. Hələ götürməmişik. Enib aşağıdan meyit torbasını. 15 nəfəri döyə-döyə apardılar. Ağrıkəsici qəbul etmək istəyirəm, amma yuxu tutar deyə narahatam, çünkü “kor-topal” gedirik”.
Həmin səs yazısını təqdim edirik(səs yazısının üzərindəki kadrlar “Motsart” gəmisində lentə alınmayıb, şərtidir):

Xatırladaq ki, ölkə mətbuatında Fərman İsmayılovun öldürülmə anı olduğu iddia edilən kadrlar yayılıb. Səs yazısını yayan Zafer Halatçı isə ölkə mətbuatında yayılan kadrları səs yazısının üzərinə şərti olaraq əlavə etdiyini bildirib.

Qeyd edək ki, yanvar ayının 23-də Qərbi Afrika ölkəsi Qvineya yaxınlığında, "Mozart" adlı Türkiyəyə məxsus gəmi Nigeriya quldurları tərəfindən qaçırılıb. Nigeriyanın Laqos şəhərindən Cənubi Afrikanın Keyp Taun şəhərinə yola düşən gəminin heyət üzvündən 15 nəfəri girov götürülüb. 2-ci mühəndis əslən azərbaycanlı Fərman İsmayalov isə quldurlar tərəfindən öldürülüb.

DİGƏR XƏBƏRLƏR

Top