Ötən il xaricə satdığımız xam neftin həcmi açıqlandı

Ötən il ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri ilə 28 milyon 862 min 673 ton neft ötürülüb. “Yeniavaz.com” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu, 2015-ci illə müqayisədə 0,09% çoxdur. Ötən il BTC ilə nəql olunan Azərbaycan neftinin 2 milyon 386 min 450 tonu dekabr ayının payına düşüb ki, bu da 2015-ci ilin dekabr ayı ilə müqayisədə 3% azdır. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (2006-cı il, iyun) 2017-ci il yanvarın 1-ə qədər BTC-yə 321milyon 538 min 62 ton neft vurulub. Bundan başqa, 2016-cı ilin dekabr ayında BTC kəməri ilə 441 min 271 ton Türkmənistan nefti nəql olunub. Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 milyon bareldir. BTC kəməri ilə Azərbaycandan əsasən "AÇG" nefti və "Şahdəniz" kondensatı daşınır.

DİGƏR XƏBƏRLƏR

Top