Bu gündən bu iş yerləri açılır


2021-ci il 25 yanvar saat 00:00-dan etibarən bir sıra iş yerlərinin fəaliyyətinə icazə verilir.

Yeniavaz.com xəbər verir ki, bu gündən etibarən aşağıdakı fəaliyyət sahələrinə qoyulmuş məhdudiyyət götürülür:

-  ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla);

-  bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

-  muzey və sərgi zallarının fəaliyyəti;

-  şəhərlərarası və rayonlararası hərəkət. 

Bu gündən ölkədə şəhərlərarası və rayonlararası hərəkət də bərpa olunur. Amma xüsusi karantin rejiminin müddətində - 2021-ci il aprelin 1-dək şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qərarı qüvvədə qalır.

DİGƏR XƏBƏRLƏR

Top