Çavuşoğlu dəniz quldurlarının öldürdüyü azərbaycanlı barədə məlumat verdi


"Vəfat edən azərbaycanlı qardaşımızın nəşini gəmi sahilə yanaşan kimi lazımı tədbirləri həyata keçirəcəyik".
Yeniavaz.com
NTV-yə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu dəniz quldurlarının hücumuna məruz qalmış türk gəmisi haqqında danışarkən deyib.
Çavuşoğlu bildirib ki, gəminin Qabon ərazisinə yaxınlaşır:
"Kapitan və şəxsi heyət yaxşıdır. Vətəndaşların xilas edilməsi üçün danışıqlarımız davam edir".
Xatırladaq ki, Türkiyə şirkətinə məxsus “MV Mozart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.
Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.

(Fotoda Fərman İsmayılov)

DİGƏR XƏBƏRLƏR

Top