Vəkillər Kollegiyasının üzvü vəfat edib

Vəkillər Kollegiyasının üzvü Ağakişi Nağıyev vəfat edib.

Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov sosial media hesabında məlumat verib:

“Bu gün uzun sürən ağır xəstəlikdən sonra dəyərli vəkilimiz Ağakişi Nağıyevi itirdik. Gözəl insan, təmənnasız dost, təcrübəli həmkarımız, yazıçı-publisist, Cəlilabad Vəkil Bürosunun vəkili Ağakişi müəllimin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Allah rəhmət eləsin, məkanı cənnət olsun, yaxınlarına Allah səbr versin!”,-deyə, Anar Bağırov əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top