Bakıda "Satİş Akademiya"sı açılıb

Bakıda yeni akademiya açılıb. "Yeniavaz.com"un məlumatına görə, bu "Satİş Akademiyası"dır. Bu akademiya iki ay müddətində şirkətlər üçün mütəxəssis hazırlayacaq. Akademiyanın əsas məqsədi şirkətlərin müştərilərlə çalışan təmsilçilərinin ixtisaslaşmasıdır. Bunu akademiyanın təlimçisi Ənvər Yavəroğlu çıxışı zamanı bildirib. Təlimçinin sözlərinə görə, burada satış təmsilçiləri, satış liderləri, merçendayzerlər, ekspeditorlar, ofisiantlar, müştəri xidmətləri, çağrı xidmətləri kimi təmsilçiləri nəzərdə tutulur.

Ənvər bəyin sözlərinə görə, "Satİş Akademiyası" iki ayı əhatə edəcək: "Birinci ay satışın sistemli şəkildə öyrənilməsi, praktiki və teatral çalışması olacaq. İkinci ay isə tanınmış şirkətlərin satış liderləri ilə master klasların aparılması ilə praktiki işlər görüləcək. Akademiyada satışla yanaşı iş və sosial həyatımızdakı uğur və biznes etikası öyrəniləcək. Azərbaycan mühitində şirkətlərin biznes strategiyası, bazar analizlərinin aparılması, hansısa məhsulun satış strategiyasının aparılması, müştəri məmnuniyyəti, təqdimat bacarığı, komplekslərdən azad olmaq, uğurlu ünsiyyət öyrəniləcək".

DİGƏR XƏBƏRLƏR

Top