Nigeriyalı quldurlar Türkiyə gəmisini qaçırıb - Azərbaycanlı mühəndis öldürülüb


Qərbi Afrika ölkəsi Qvineya yaxınlığında, "Mozart" adlı Türkiyəyə məxsus gəmi Nigeriya quldurları tərəfindən qaçırılıb.

Yeniavaz.com Türkiyə mediasına istinadən xəbər verir ki, Nigeriyanın Laqos şəhərindən Cənubi Afrikanın Keyp Taun şəhərinə yola düşən gəminin heyət üzvündən 15 nəfəri girov götürülüb. 4-cü kapitan Furkan Yaren, radar xaricindəki bütün kabellərin söküldüyünü və dəniz quldurları tərəfindən ona verilən marşrutda hərəkət etdiklərini bildirib. Yaren, 2-ci mühəndis əslən azərbaycanlı Fərman İsmayalovun öldürüldüyünü açıqlayıb.

Nigeriyalı quldurların danışıqlar aparmaq üçün xəbər gözlədikləri iddia edilir.

DİGƏR XƏBƏRLƏR

Top