Rusiya XİN: “ABŞ öz problemləri ilə məşğul olsun”


“ABŞ özünün daxili problemləri ilə məşğul olmalı və digər dövlətlərin daxili işlərinə qarışmağı dayandırmalıdır”.
Yeniavaz.com xəbər verir ki, bu sözlər ABŞ-ın Moskvadakı səfirliyinin aksiyalarla bağlı bəyanatına cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin “facebook” səhifəsində yazılıb.
Bildirilib ki, ABŞ səfirliyi 6 yanvarda Vaşinqtonda təşkil olunan nümayişlərə və Kapitoliyə basqın cəhdlərinə heç bir şəkildə reaksiya verməyib və baş verən qətl hadisələri ilə həbsləri qınamayıb:
"İkiüzlülük - koronavirus epidemiyası dövründə xüsusilə təhlükəli hala gələn Amerika diplomatiyasının vasitəsidir. Öz problemlərinizə baxın və digər dövlətlərin daxili işlərinə müdaxiləni dayandırın”.

DİGƏR XƏBƏRLƏR

Top