Təhsil naziri: “Səsləndirdiyim fikirlər məcrasından çıxarılaraq təqdim edilib”


“Valideyn övladına hansısa öyrənmə imkanları yaratmaq istəyirsə mütləq öyrənmənin məqsədini övladına aşılamalıdır. Əgər tədris prosesinin məqsədi öyrənən adama məlum deyilsə, onun motivasiyası yoxdursa, yəqin ki, öyrənmə baş vermir. Bu, həmçinin müəllim üçün də önəmlidir”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev "Xəzər" TV-də qonaq olarkən deyib. O bildirib ki, ötən gün brifinqdə səsləndirdiyi fikirlər məcrasından çıxarılaraq başqa cür təqdim edilib.  
Nazir brifinqdə səsləndirdiyi fikrə aydınlıq gətirib:
“Mən bunu o formatda demişdim ki, bir çox valideynlər övladlarını səhər bir məşğələyə, günorta başqa bir məşğələyə, daha sonra başqa bir repetitor yanına göndərirlər, amma onun məqsədi ilə bağlı övladı ilə çox az söhbət edirlər. Uşaq şahmat dərnəyinə niyə getdiyini, niyə riyaziyyat dərsində oturduğunu, niyə məktəbə getdiyini başa düşmürsə, böyük ehtimal öyrənmənin keyfiyyəti aşağı düşür. Mən bunu demək istəyirdim. Təəssüf, bu elə təqdim edildi ki, guya təhsil naziri "öyrənmək olmaz" deyib”.

DİGƏR XƏBƏRLƏR

Top