Navalnı: “Həbsxanada özümü pəncərədən asmağı, damarlarımı kəsməyi düşünmürəm”


Rusiyalı müxalifətçi Aleksey Navalnı həbsxanadan mesaj göndərib.
Yeniavaz.com
The Moscow Times”ə istinadla xəbər verir ki, Navalnı göndərdiyi mesajda intihar etmək fikrinin olmadığını bildirib:
“Özümü pəncərəyə asmağı, damarlarımı və ya boğazımı kəskin qaşıqla kəsməyi düşünmürəm. Hər gün təzyiqimi ölçürlər, infarkt tamamilə istisnadır. Stabil psixoloji və emosional vəziyyətdəyəm. Pilləkənlərdən isə diqqətlə istifadə edirəm".
Qeyd edək ki, Aleksey Navalnı Almaniyada müalicə olunub Rusiyaya qayıtdıqdan sonra hava limanında həbs olunmuşdu. Bu gün Navalnı tərəfdarları ölkəninin bir çox bölgələrində hökumətə qarşı etiraz aksiyaları keçirilər.

DİGƏR XƏBƏRLƏR

Top