600-dən çox qaziyə reabilitasiya vasitəsi verilib - RƏSMİ


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən son bir ayda Vətən müharibəsində yaralanmış qazilərimizin ehtiyacı olanlarına 600-dən çox reabilitasiya vasitəsi verilib.
Nazirlikdən Yeniavaz.com-a verilən məlumata görə, həmçinin yeddi qazi təkərli oturacaqla təmin olunub.
Reabilitasiya vasitələri onlara yaşadıqları və ya müalicə olunduqları ünvanlara aparılıb təqdim edilir. 
Yaralanmış qazilərin yüksək texnologiyalı müasir protezlə təminatı da davam edir.
Son bir aya yaxın dövrdə yeddi hərbçi yüksək texnologiyalı doqquz müasir protezlə təmin edilib, daha bir neçə hərbçinin də yaxın günlərdə müasir protezlə təmin olunması üçün hazırlıq işi aparılır. 

DİGƏR XƏBƏRLƏR

Top