
Meksikada yeni növ koronavirusdan ölənlərin sayı kəskin şəkildə artıb.
Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, Meksikada son sutkada 22 min 339 nəfər COVİD-19-a yoluxub, 1803 nəfər isə həmin xəstəlikdən vəfat edib. Qeyd edək ki, Meksikada son bir neçə gündə koronavirusdan ölənlərin gündəlik sayı 3 dəfə artıb.
Xatırladaq ki, Meksikada bu günə qədər 1 milyon 711 min 283 nəfər koronavirusa yoluxub, 146 min 174 nəfər isə həmin xəstəlikdən vəfat edib.