Gürcüstan fevralın 1-dən bütün beynəlxalq uçuşları bərpa edir


Gürcüstanın Koronavirusla Mübarizə üzrə İdarələrarası Koordinasiya Şurası pandemiya səbəbilə dayandırılan uçuşların yenidən bərpa ediləcəyini açıqlayıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Gürcüstan fevralın 1-dən bütün beynəlxalq uçuşları bərpa edir. Bu barədə ölkənin İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava məlumat verib. O bildirib ki, hazırda səlahiyyətli şəxslərə bununla bağlı yeni qaydalar izah olunur.  
Xatırladaq ki, 2020-ci ilin mart ayından etibarən Gürcüstan digər ölkələrə olan uçuşları dayandırmışdı. Daha sonra bir neçə ölkəyə olan aviareyslər bərpa olunmuşdu. 
 Qeyd edək ki, bu günə qədər Gürcüstanda 251 min 974 nəfər koronavirusa yoluxub, 3 min 22 nəfər isə həmin xəstəlikdən dünyasını dəyişib. 

DİGƏR XƏBƏRLƏR

Top