Kürdəmirdə qatar yeniyetməni vurub


Kürdəmir sakinini yük qatarı vurub.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, hadisə rayonun Dəmir Yolu Vağzalı yaxınlığında qeydə alınıb.
Belə ki, rayonun Xırdapay kənd sakini, 14 yaşlı Vahidov Taleh Hüseyn oğlu dəmir yolundan keçərkən ehtiyyatsızlıq edib. Nəticədə yük qatarı onu vuraraq kənara atıb. Qəza zamanı müxtəlif növ bədən xəsarəti alan Taleh Vahidov yaxınlıqdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılırb.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top