Azərbaycanlı hakim-inspektor Ermənistan millisinin oyununa təyinat aldı - FOTO


Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli UEFA-dan təyinat alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında məlumat verilib. Bildirilib ki, o, futzal üzrə AÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Rusiya – Ermənistan və Serbiya - Bosniya və Herseqovina oyunlarının hakim-inspektoru olacaq.
Rusiya - Ermənistan görüşü yanvarın 29-da, digər matç isə fevralın 3-də gerçəkləşəcək.

DİGƏR XƏBƏRLƏR

Top