Qüdsdə terror aktını törədənin şəxsiyyəti müəyyənləşib

İsrail polisi bazar günü Qüdsdə yük maşınını hərbçilərin üzərinə sürərək 4 nəfərin ölümünə, 13 nəfərin yaralanmasına səbəb olan terrorçunun şəxsiyyətini müəyyənləşdirib. Bu barədə polis nümayəndəsi öz "Twitter" mikrobloqunda yazıb."Yük maşını ilə hücum edərək dörd əsgəri öldürən, 13-nü yaralayan terrorçu Cəbəl Mukaber rayonundan olan 28 yaşlı Fadi Kunbar adlı ərəbdir", - deyə polis qeyd edib. Hücum edən şəxs hadisə zamanı hərbçilər tərəfindən öldürülüb.Report

DİGƏR XƏBƏRLƏR

Top