Belarusda İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.
Yeniavaz.com “BelTA”ya istinadla xəbər verir ki, Belarusda kütləvi tədbirlərin təşkili və ya keçirilməsi qaydalarını pozmağa görə tətbiq edilən cəzalar sərtləşdirildi. Həmçinin, ölkədə bayraqların qanunsuz istifadəsinə görə də cərimələrin tətbiqinə başlanılır. Belarusda Yeni İnzibati Xətalar Məcəlləsinə görə, məmurun vəzifə borclarını yerinə yetirərkən qanuni əmr və ya tələbinə tabe olmamağa görə edilən cərimələr də artırılıb.