Çində yoluxmaların sayı artdı - yenidən kütləvi testlər başladı


Çində bir neçə ay sonra yoluxmaların sayı yenidən artdığı üçün kütləvi testlərin tətbiqinə başlanılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, 2020-ci ilin mart ayından bu yana kimi yoluxanların sayı anidən artdığı üçün Şanxayda bütün xəstəxanaların, Pekində isə bəzi xəstəxanaların personalı kollektiv surətdə COVID-19 testindən keçirilib. Çində ötən gün 144, bu gün isə 103 nəfərdə yoluxma halı qeydə alınıb.
Qeyd edək ki, bu günə kimi Çində ümumilikdə 88 min 804 nəfər koronavirusa yoluxub. 4635 nəfər ölüb, 82 min 495 nəfər sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top