"Yars" raket sistemlərini hazırlayan Yuri Solomonov istefa verdi - FOTO


"Yars" raket sistemlərinin baş dizayneri Yuri Solomonov Moskva Texnologiya İnstitutunun baş direktoru vəzifəsindən istefa verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. Bildirilib ki, Solomonov öz səylərini yeni texnologiyaların hazırlanmasına yönəldəcək. 
Qeyd edək ki, Yuri Solomonov “Topol”, “Topol-M” və “Yars” qitələrarası ballistik raketlərin baş dizyneri hesab edilir. Rəhbərlik etdiyi institut “Bulava” sualtı qayıqları üçün qitələrarası ballistik raketlər də hazırlayır.

DİGƏR XƏBƏRLƏR

Top