Türkiyə Suriyada 32 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri sutka ərzində Suriyanın Əl-Bab, Bzaqah, Kəbir əl-Mülk və digər rayonlarında İŞİD terror qruplaşmasının 32 üzvünü zərərsizləşdirib. Bu barədə ölkənin Baş Qərargahına istinadən "Anadolu" agentliyi məlumat yayıb. Xəbərə görə, yaraqlıların 292 obyektinə, o cümlədən komanda məntəqələri, müdafiə istehkamları və qərargahlarına raket və artilleriya zərbələri endirilib. Eyni zamanda 23 əldəqayırma partlayıcı qurğu məhv edilib.Report

DİGƏR XƏBƏRLƏR

Top