Emin Əmrullayev vaksinasiya olunmalı olan müəllimlərin sayını açıqladı


“Hal-hazırda vaksinasiya oluna biləcək müəllimlərin siyahısı hazırdır. Biz bu siyahıdan yoluxmuş şəxslərin sayını çıxırıq”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, Hazırda Bakı Sumqayıt və Abşeron üzrə 16 min 698, bölgələr üzrə 32 min 657 nəfər ümumtəhsil üzrə müəllim 50 yaşından yuxarıdır və biz onların vaksinasiya olunmasını ciddi şəkildə tövsiyə edirik. Çünki məhz həmin adamların yoluxması zamanı, həm hospitalizasiya baxımından, həm də ölüm halları baxımından bu qrup ən riskli qrupumuzdur”.

DİGƏR XƏBƏRLƏR

Top