Təhsil naziri: "Bizim müəyyən sayda tələbəmizin təhsil haqqını ödəmə problemi var"


"Bizim müəyyən, ancaq əksəriyyət olmayan sayda tələbəmizin təhsil haqqını ödəmə problemi var".

Yeniavaz.com xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, təhsil kreditləri ilə bağlı Azərbaycan Respublikasının dövlət büdcəsində 80 milyon manat nəzərdə tutulub:
“Bu il ərzində təhsil kreditləri ilə bağlı həm hökumət, həm parlament arasında çox faydalı bir əməkdaşlıq yaratmışıq və bunun nəticəsi olaraq təhsil kreditlərinin təqdim edilməsi haqqında planlarımız var. Azərbaycan Respublikasının dövlət büdcəsində bununla bağlı 80 milyon manat nəzərdə tutulub”.

DİGƏR XƏBƏRLƏR

Top