Nazir: "Təhsilin keyfiyyəti bir il ərzində müsbət olub desək, düzgün olmaz"


"Distant təhsil bu gün seçimimiz yox, daha çox verilmiş vəziyyətdə ən yaxşı həll yoludur. Təhsil Nazirliyi olaraq problemə cavabımız teledərslər, virtual təhsil platformasıdır".
Yeniavaz.com
xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bildirib.
O, deyib ki, elektron dərsliklərdən istifadə sayı ötən illə müqayisədə 2 dəfə artıb və şagirdlər 4 milyon dəfədən artıq elektron dərsliklərə müraciət ediblər:
“Oxunan səhifələrin sayı isə 30 milyondan artıq olub. Təhsilin keyfiyyətinə gəldikdə, bu hallarda ən böyük problem, mənfi zədə və təsirlər sosial nöqteyi nəzərindən daha aşağı imkanları olan təbəqələrə dəyir. Yəni ucqar kəndlərdə yaşayan şagirdlər, tələbələr daha az dəstək görmüş olur. Bu dünyanın hər yerində belə oldu. Təhsilin keyfiyyəti bir il ərzində vəziyyətin davam etməsi fonunda müsbət olub desək, düzgün olmaz. Yenə də mütəxəssis gözündən baxsaq, bilik və bacarıqları qiymətləndirmədən sonra biləcəyik. Ən çox mənfi təsir ibtidai sinif və daha aşağı yaş təbəqələrinin sosial emosional inkişafına dəydi. Çünki qapalı şəraitdə olmaları, dostları ilə olmamaları kifayət qədər çətindir”.

DİGƏR XƏBƏRLƏR

Top