Nazir: "Onminlərlə şagird keyfiyyətli təhsil ala bilmir, bunu danmırıq"


“Onlayn təhsil şəbəkəsinin mövcudluğu bizə imkan verir ki, nə qədər uşağın qoşulmamasını, nə qədər müəllimin bundan istifadə edə bilməməsini, hansı çətinliklər yaşadığımızı müşahidə edə bilək”. 
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, bu gün onminlərlə şagird keyfiyyətli təhsil ala bilmir:
“İstərdim ki, ictimaiyyət belə qəbul etməsin ki, bizim bundan xəbərimiz yoxdur və ya biz bunu danırıq. Bu bizim problemli hekayəmizdir. Həqiqətən də verilmiş şəraitdə bəlkə bu gün minlərlə, onminlərlə şagird keyfiyyətli təhsillə təmin edilə bilmir”.
 

DİGƏR XƏBƏRLƏR

Top