Dərslər niyə həftədə 3 dəfə keçirilir? – Nazir AÇIQLADI


"Həftədə 3 dəfə dərslərin açılması zərurətdən irəli gəlir. Bildiyiniz kimi ÜST-ün sosial məsafə ilə bağlı əsas tövsiyələrindən biri insanlar arasındakı məsafənin 1.5 metr olmasıdır. Pandemiyaya görə bir partada 2 şagird otura bilmir. Buna görə də siniflər bölünür və artıq həftədə fiziki baxımdan 5 dəfə tədris etmək mümkün olmur. Bilirsiniz ki, bəzi məktəblər ikinövbəli fəaliyyət göstərir. Orada qurupları iki yerə böldükdə Məktəbi dörd növbəlik edə bilmirik. Pandemiya şəraitində ən vacib göstərici sıxlığın idarə olunmasıdır. Sosial məsafə ilə bağlı vəziyyət yaxşılaşarsa siniflərin ənənəvi təhsilə qayıtması daha da sürətlənər”. 
Yeniavaz.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. 
O bildirib ki, bütün məktəblərdə sıxlıq əmsalları eyni deyil: “85 min 600 sinifdən 49 minində şagird sayı 20 nəfərdən azdır. Təxminən 20 min şagird sayı 20-25 nəfər arasındadır. Ölkədə cəmi 311 sinifdə 40-dan çox şagird var, bu da ölkədəki şagirdlərin 0,4 faizini təşkil edir”.

DİGƏR XƏBƏRLƏR

Top