Təhsil nazirindən 5-ci və 9-cu siniflərlə bağlı açıqlama: "Metro açılsa..."


"Fevralın 1-dən sonrakı 2 həftə ərzində bir sıra digər, yəni V-IX siniflərin, o cümlədən peşə təhsili müəssisələrinin və ali təhsil müəssisələrində də qismən təhsilin bərpa edilməsi ilə də bağlı müvafiq qərarların verilməsini nəzərdə tuturuq". 
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, bu qərarların verilməsi üçün zəruri və kafi şərt yoluxmanın sabit qalması və artmamasıdır:
“Bildiyiniz kimi Bakı Metroploiteninin fəaliyyəti hələ ki bərpa edilməyib. Bu mənada hələ ki qərar verilməyib. Növbəti mərhələlərdə bu qərar verilərsə bu halda V-IX siniflərin açılması daha məqsədəuyğun olar, çünki nəzərə almalıyıq ki, xeyli sayda məktəb müəllimi və işçisi məhz bu nəqliyyat vasitəsindən istifadə edir".

DİGƏR XƏBƏRLƏR

Top