Ermənistan prezidentinin köməkçisi: Yaxın gələcəkdə Ermənistanı gözləyən 5 qaçılmaz təhlükə…


Ermənistan prezidenti Armen Sarkisyanın köməkçisi, ölkənin tanınmış türkoloq alimlərindən olan Varujan Geqam Geqamyan yaxın gələcəkdə Ermənistanı gözləyən 5 qaçılmaz təhlükənin nə olduğunu açıqlayıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Geqam Geqamyan əgər Ermənistanın hazırkı baş naziri və onun komandası hakimiyyətdə qalsa ölkənin 5 qaçılmaz təhlükə ilə üzləşəcəyini deyib.
Ermənistan prezidentinin köməkçisi yaxın gələcəkdə ölkəni gözləyən 5 təhlükəni aşağıdakı kimi sıralayıb:
1. Ermənistanda dərin iqtisadi böhran baş verəcək. Yerli müəssisələrin (xüsusilə istehsalçıların) iflas etməsi və büdcə gəlirlərinin azalması.
2. Sünik (Zəngəzur) bölgəsindən ermənilərin tədricən köçürülməsi nəticəsində bu bölgədə türklər üstünlük təşkil edəcək və ikinci Acarıstana çevriləcək.
3. Ermənistan ordusunun gücü zəifləyəcək, yəni özünümüdafiə mexanizmi aradan qaldırılacaq.
4. Ermənistanın böyük regional müharibəyə qarışması halında özümüzü müdafiə etmək şansımız yoxdur, çünki ordumuz olmayacaqdır. Yeni bir soyqırımla üz-üzə qala bilərik.
5. Ermənistandan kütləvi mühacirət olacaq.
Məlumat üçün bildirək ki, ixtisasca arxeoloq olan Varujan Geqam Geqamyan prezident köməkçisi olmaqdan əlavə Dövlət İdarəçilik Akademiyasında müəllim kimi də fəaliyyət göstərir. Ermənistanda aparıcı türkoloq alimlərdən biri hesab olunur. 2017-2018-ci illərdə Ermənistan Müdafiə Nazirliyinin Milli Strateji Araşdırmalar İnstitutunda ekspert vəzifəsində çalışıb.
 

DİGƏR XƏBƏRLƏR

Top