Navalnının mətbuat katibi də saxlanıldı


Rusiyalı müxalifətçi Aleksey Navalnının mətbuat katibi Kira Yarmış Moskvada saxlanılıb. 
Yeniavaz.com
“İnterfax”a istinadla xəbər verir ki, bu barədə Kira Yarmış öz tviter hesabında məlumat verib. Onun polis məmuruna tabe olmamaq, mitinqin təşkili və ya keçirilməsi üçün müəyyən edilmiş qaydanın pozulması iddiası ilə saxlandığı bildirilib. 
Qeyd edək ki, Aleksey Navalnı Almaniyadan gəldikdən sonra hava limanında saxlanılmışdı. Bundan sonra Navalnı tərəfdarları 23 yanvarda hökumət əleyhinə etiraz aksiyası keçirmək barədə məlumat yaymışdılar.

DİGƏR XƏBƏRLƏR

Top