İŞİD Bağdadda törədilən terror aktını üzərinə götürdü - YENİLƏNİB


Bağdadda 32 nəfərin ölümü, 110 nəfər yaralanması ilə nəticələnən terror aktını İŞİD terror təşkilatı üzərinə götürüb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, qruplaşma yazılı surətdə açıqlama yayıb. Açıqlamada bazardakı hücumun Əbu Yusif əl-Ənsari və Məhəmməd Arif əl-Mucahid adlı 2 şəxs tərəfindən törədildiyi göstərilib.
Qeyd edək ki, hücumdan sonra sosial şəbəkə hesabı üzərindən verdiyi açıqlamada baş nazir Mustafa əl-Kazımi terror aktına qarşı sərt cavab veriləcəyini vurğulayıb.

***
İraq Xarici İşlər Nazirliyi Bağdadda 32 nəfərin ölümü ilə nəticələnən hücumun arxasında İŞİD terror qruplaşmasının dayandığını bildirib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, məlumat nazirliyin sözçüsü general-mayor Xalid əl-Məhna tərəfindən verilib. O, terror aktı nəticəsində 110 nəfərin yaralandığını, 32 nəfərin öldüyünü  bildirib. Məhnanın sözlərinə görə bu məlumatı onlar kəşfiyyat qrupları tərfindən əldə ediblər.
Sözçü bildirib ki, hücumun məqsədi təşkilatın hələ də mövcud olduğu mesajını vermək olub. O həmçinin terrorçuların yerləşdiyi bölgələr barədə kəşfiyyat məlumatlarına sahib olduqlarını da qeyd edib.
 

DİGƏR XƏBƏRLƏR

Top