Roma Papası insanları soyuqdan donanlara kömək etməyə çağırıb

Roma Papası Fransisk bu gün Vatikanda ənənəvi ibadət mərasimində hər kəsi soyuqdan və “insanların laqeydliyi”ndən donanlar barədə düşünməyə və onlara kömək etməyə çağırıb. TASS agentliyinin verdiyi məlumata görə, Roma Papası dindarları onunla birlikdə bu soyuq günlərdə evsiz yaşayanlara dua etməyə çağırıb. Papa Fransisk artıq İtaliyada güclü soyuqlar nəticəsində ölənlərin olduğunu xatırladıb. Qeyd edək ki, son iki sutkada İtaliyada əksəriyyəti miqrant olmaqla, 8 nəfər rekord soyuqlar nəticəsində həyatlarını itirib.APA

DİGƏR XƏBƏRLƏR

Top