Blogger Lapşin barmaqlıqlar arxasında qaldı


Minsk Şəhər Məhkəməsi blogger Aleksandr Lapşin barəsində olan qətimkan tədbirini dəyişdirməyib. Beləliklə, o, Minskdəki İstintaq Təcridxanasında qalmaqda davam edəcək. "İzrus" nəşri bildirir ki, bu barədə bloggerin "Canlı jurnal" səhifəsində yerləşdirilmiş postda bildirilir. Görünür, bunu Lapşinin Yekaterina adlı hansısa tanışı edib. Yeni il tətili günlərində Belarusun hüquq-mühafizə orqanlarının əməkdaşları bloggeri təcridxanada ziyarət etmiş və ona “sənin ekstradisiya məsələn artıq həll olunub” demişdilər. Ona habelə demişdilər ki, əldə olunan razılaşmaya əsasən, Lapşin Belarusdan Azərbaycana ekstradisiya olunacaq, buradan isə onu dərhal vətəndaşı olduğu İsrailə təhvil verib orada mühakimə olunmasını istəyəcəklər.

Onu da xatırladaq ki, 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Aleksandr Lapşin qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğatı üçün Azərbaycanın işğal edilmiş ərazilərinə baş çəkib. Azərbaycan Baş Prokurorluğunun bununla bağlı yaydığı məlumatda deyilirdi ki, A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib. Belarus Respublikası hüquq mühafizə orqanlarının keçirdikləri tədbirlər nəticəsində A.Lapşin saxlanılıb.Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top