Türkiyəli nazirin Britaniya bayraqlı geyimi gündəmə çevrildi - FOTO

Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arsalının Böyük Britaniya bayrağı olan montu gündəmə çevrilib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nazir Sarıqamış hərəkatının 102-ci ildönümü bağlı keçirilən təbdirə Britaniya bayrağının təsvir olunduğu montla qatılıb. 25 min nəfər Sarıqamışda donaraq şəhid olan 60 min türk əsgərini anmaq üçün bir araya gələrək yürüş keçirib. Tədbirə Azərbaycanın Qars baş konsulu Nuru Quliyev də qatılıb. Tədbir çərçivəsində iştirakçılara ərzaq paylanılıb, türk bayraqaları verilib. Lakin mərasimdə yaddaqalan məqamlardan biri də Əhməd Arslanın Britaniya bayraqlı montu olub. Nazirin bu geyimi sosial mediada gündəmə çevrilib.

DİGƏR XƏBƏRLƏR

Top