Navalnının saxlanılmasına görə planlaşdırılan mitinqlə bağlı xəbərdarlıq edilib


Rusiya Baş Prokurorluğu 23 yanvar tarixində keçirilməsi planlaşdırılan icazəsiz kütləvi aksiyanın təşkilatçılarına xəbərdarlıq edib.
Yeniavaz.com
“interfax”a istinadla xəbər verir ki, Rusiya Federasiyası Baş Prokurorluğu aparılan monitorinq zamanı 23 yanvar tarixində qanunsuz kütləvi tədbirlərdə çağırışlar aşkar edildiyini bildirib:
“Bununla bağlı prokurorluğun cavab tədbirləri görülür. Hüquq mühafizə orqanları diqqəti qabaqlayıcı tədbirlərin görülməsinə yönəldib. Qanunu pozanlar inzibati məsuliyyətə cəlb ediləcək”.
Qeyd edək ki, Rusiyada müxalif siyasətçi Aleksey Navalnının həbs edilməsi səbəbilə 23 yanvarda etiraz aksiyasının keçirilməsi planlaşdırılır. 

DİGƏR XƏBƏRLƏR

Top