Kreml sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden arasında görüşün olub-olmayacağı barədə danışıb.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Peskov verdiyi son açıqlamasında bildirib ki, hələlik Putinlə Bayden arasında heç bir görüş planlaşdırılmır.
Qeyd edək ki, prezident seçkilərində qalib gələn Co Bayden dünən andiçmə mərasimindən sonra rəsmi şəkildə ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb. Onun ilk görüşü Kanada prezidenti ilə baş tutacağı bildirilib.