Donbasda altı Ukrayna hərbçisi yaralanıb

Ötən sutka ərzində anti-terror əməliyyatlarının aparıldığı zonada 6 Ukrayna hərbçisi yaralanıb. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Aleksandr Motuzyanik məlumat verib. "Bu, iki qaynar nöqtədə baş verib, o cümlədən üç hərbçi Luqansk istiqamətində, Troitski qəsəbəsi yaxınlığında düşmənin minaatanlardan atəş açması, daha üç hərbçi isə Krımski yaşayış məntəqəsi ərazisində qarşı tərəfin təxribatı nəticəsində yaralanıb", - deyə o bildirib.Report

DİGƏR XƏBƏRLƏR

Top