Bayden ilk bu ölkənin prezidenti ilə görüşəcək


ABŞ prezidenti Co Bayden and içdikdən sonra Ağ Evin yeni sözçüsü Cen Psaki mətbuat konfransı təşkil edib.
Yeniavaz.com xəbər verir ki, Ağ Evin sözçüsü, Baydenin ilk gün 15 fərman imzalayaraq Tramp administrasiyasının bir çox siyasi görüşlərini rədd etdiyini bildirib. Psaki, köhnə idarəetmə dövründə bəzi müsəlman ölkələrinə tətbiq olunan səyahət məhdudiyyətini ksenofobiya kimi xarakterizə edib.
Yeni qərarlarla ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatına geri qayıtdığını söyləyən Psaki, Antoni Fausinin ÜST tərəfindən onlayn şəkildə təşkil ediləcək proqramda ABŞ nümayəndə heyətinə rəhbərlik edəcəyini vurğulayıb.
Psaki, mətbuatla da normal əlaqələr quracağını və şəffaf olacağını bildirib.
O, Baydenin xarici ölkə rəhbərlərindən ilk Kanadanın baş naziri Castin Trudeau ilə görüşəci ilə bağlı məlumat verib.
Senat sözçüsü bildirib ki, Baydenin əsas hədəfi COVID-19 pandemiyasının qarşısını almaqdır.
Psaki Donald Trampın vəzifədən azad edilməsi məsələsi ilə bağlı qərarı senatın ixtiyarına verdiklərini deyib.

DİGƏR XƏBƏRLƏR

Top