Bayden müvəqqəti ABŞ dövlət katibi təyin edib


ABŞ prezidenti Cozef Bayden Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşı, səfir Den Smiti müvəqqəti dövlət katibi vəzifəsinə təyin edib.

Bu barədə "Reuters" agentliyi Ağ Evin nümayəndəsinə istinadən xəbər verib.

Bildirilir ki, C.Baydenin daha əvvəl bu vəzifəyə irəli sürdüyü Entoni Blinkenin namizədliyi ABŞ konqresinin Senatı tərəfindən təsdiqlənənə qədər D.Smit bu vəzifəni icra edəcək.

Bundan əlavə, müvəqqəti olaraq maliyyə naziri vəzifəsini Endi Bokol, ədliyyə naziri vəzifəsini isə Monti Uilkinson icra edəcəklər.//Trend

DİGƏR XƏBƏRLƏR

Top