İsraildə naməlum şəxs yük maşınını piyadaların üzərinə sürüb: 4 ölü, 15 yaralı

Qüdsdə (Yerusəlim) naməlum şəxs yük maşınını piyadaların üzərinə sürüb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, insident nəticəsində 4 nəfər həlak olub, ən azı 15 nəfər yaralanıb. Polis sürücüyə atəş açıb, o yaralanıb. Polis hadisəni terror aktı kimi qiymətləndirib. Sürcünün yük maşınını avtobusdan çıxan hərbçilərin üzərinə sürdüyü bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top