Şimali Koreya lideri yaşını qəsdən gizlədir

Şimali Koreya lideri Kim Çen In yaşlı kadr işçiləri üzərində nəzarəti itirməmək üçün təvəllüdünü qəsdən gizli saxlayır. “Yeniavaz.com”un RT-yə istinadən verdiyi məlumata görə, bunu Cənubi Koreyaya qaçmış keçmiş şimali koreyalı diplomat Txe Yon Xo deyib. Onun sözlərinə əsasən, əgər Kimin dəqiq yaşı məlum olsa, 30-40 yaş özündən böyük məmurlarla qarşılıqlı fəaliyyətdə problemləri yarana bilər. K. Ç. Inın ad gününü ad gününü yanvarın 8-də qeyd etdiyi məlumdur, lakin onun anadan olduğu il hələ də təsdiqlənməyib. Onun 1982 və ya 1984-cü ildə anadan olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top