Azərbaycanda bu sahədə işləyənlər ayda 4,3 min manat maaş alırlar - SİYAHI


Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 12,9% artaraq 703,5 manat təşkil edib. 
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əmək haqqı neft-qaz sektorunda 3 min 331,6 manat, qeyri neft-qaz sektorunda 646,9 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 623,9 manat, özəl müəssisələrdə isə 803 manat olub.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Ən yüksək əmək haqqı mədənçıxarma sənayesinin qeyri-dövlət bölməsində qeydə alınıb - ayda 4 min 293,3 manat, ən aşağı əmək haqqı isə dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində (özəl sektor) qeydə alınıb - ayda 311,1 manat.
2020-ci ilin yanvar-noyabr aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı bu cür olub:
İqtisadi fəaliyyət növləri CƏMİ Dövlət Qeyri-dövlət
Ölkə üzrə – cəmi 703,5 623,9 803,0
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 429,5 394,8 461,0
Mədənçıxarma sənayesi 3 267,4 1 651,9 4 293,3
Emal sənayesi 644,1 815,0 613,2
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 697,8 697,2 723,1
Su təchizatı, tullantıların təmizlənməsi və emalı 560,2 524,8 915,5
Tikinti 791,9 673,9 834,3
Ticarət; nəqliyyat vasitələrinin təmiri 521,3 479,4 521,7
Nəqliyyat və anbar təsərrüfatı 878,8 861,6 907,0
Turistlərin yerləşdirilməsi və ictimai iaşə 533,4 1 154,5 510,6
İnformasiya və rabitə 1 071,7 820,7 1 380,1
Maliyyə və sığorta fəaliyyəti 1 717,1 1 703,9 1 720,8
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 607,6 523,0 670,1
Peşə, elmi və texniki fəaliyyət 1 178,8 680,3 1 895,0
İnzibati və yardımçı xidmətlərin göstərilməsi 419,4 372,2 558,4
Dövlət idarəetməsi və müdafiə; sosial təminat 929,8 962,6 311,1
Təhsil 512,3 504,0 799,8
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 512,8 516,4 489,2
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 522,2 472,1 1 166,0
Digər sahələrdə xidmətlərin göstərilməsi 669,1 892,4 644,3

DİGƏR XƏBƏRLƏR

Top