Tramp 73 nəfəri əfv etdi


ABŞ-ın hazırkı prezidenti Donald Tramp saxtakarlıq və pul mənimsəməkdə ittiham olunan 73 nəfəri əfv edib, 70 nəfərin cəzasını yüngülləşdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əfv edilənlər arasında D.Trampın keçmiş müşaviri  Stiven Bennon da var. O, ABŞ-Meksika sərhədində inşa ediləcək divarın bir hissəsi üçün toplanan ianələri mənimsədiyi iddiasıyla ittiham olunub. Ona qarşı açılan iddianamədə, 25 milyon dollardan çox pul toplanıldığı kampaniya Bannon və əlbir olduğu dostlarının pulları şəxsi işləri üçün xərclədiyi bildirilib. Bannon, 2017-ci ilin yanvarından avqustunadək D.Trampın siyasi və strateji məsələlər üzrə baş məsləhətçisi, habelə seçkiqabağı kampaniyasına başçılıq edənlərdən olub.
Bundan əlavə, əfv edilənlər arasında 28 il həbs cəzasına məhkum edilmiş sabiq Detroit Bələdiyyə başçısı Kvame Kilpatrik, uzunmüddətli siyasi müttəfiqlər Eliot Broydi və Paul Eriksonun adları var.
Qeyd edək ki, “WikiLeaks"in qurucusu Culian Assanc və ABŞ hökumətinin xaricdəki fəaliyyətləri barədə gizli məlumatları sızdıran keçmiş casus Edvard Snovden bu adlar arasında yer almayıb.

DİGƏR XƏBƏRLƏR

Top