Pakistanda yol qəzasında 13 nəfər ölüb

Bu gün Pakistanda mikroavtobus minik avtomobili ilə toqquşub. SAMAA telekanalının verdiyi məlumata görə, Pakistanın şimal-şərqində yerləşən Pəncab əyalətində baş verən qəza zamanı ən azı 13 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Qəza minik avtomobilinin təkərlərinin birinin şininin partlamasından sonra minik avtomobilinin yolun əks istiqamətinə çıxması nəticəsində baş verib. Yüksək sürətlə hərəkət edən sərnişin mikroavtobusu qəfil yola çıxan minik avtomobilinə çırpılıb.APA

DİGƏR XƏBƏRLƏR

Top