Ruhani: "Trampa görə peyvəndləri vaxtında əldə edə bilmədik"


"Trampın tətbiq etdiyi sanksiyalar olmasaydı, koronavirus peyvəndini daha tez əldə edərdik. Sanksiyalar səbəbindən peyvəndlənmə işində gecikdik".
Yeniavaz.com
“Sözcü”yə istinadən xəbər verir ki, bu fikri İran prezidenti Həsən Ruhani Koronavirusla Mübarizə Şurasının iclasında səsləndirib. O bildirib ki, peyvənd məsələsi İran hökumətinin prioritet məsələsidir, sadəcə olaraq sanksiyalar onların qarşısını alıb.
Ruhani, növbəti həftə İrana peyvəndlərin gətirilməsi ilə peyvəndlənmə işlərinin sürətləndiriləcəyini də vurğalayıb.

DİGƏR XƏBƏRLƏR

Top