Dünən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Cəbrayılda itkin düşmüş bir erməni əsgərin cəsədi tapılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilib ki, tapılan cəsədin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertizası təyin olunub.
Qeyd edək ki, bu günə qədər 1247 erməni hərbçisinin cəsədi tapılıb.