Qazi baş leytenant Mürsəlov Fərhad üçün protez hazırlanır - FOTO


Vətən müharibəsində Cəbrayıl uğrunda döyüşlərdə ağır yaralanaraq sol ayağını itirmiş baş leytenant Mürsəlov Fərhad Əlizadə oğlu üçün yüksək texnologiyalı protezin hazırlanmasına başlanıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilir ki, qazimiz, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qarşılanaraq, ilkin müayinə və ölçü götürülməsi işləri aparılıb. 
Protezləşməyə hazırlıq müddəti bitdikdən sonra o, yüksək texnologiyalı protezlə təmin olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top