ABŞ daha bir ölkədən əsgərlərini geri çağırdı


Prezident Donald Trampın təlimatından təxminən bir ay yarım sonra ABŞ Somalidən bütün qoşunlarını geri çəkib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda ABŞ Afrika Komandanlığının (AFRICOM) sözçüsü Kris Karns məlumat verib. O bildirdi ki, Somalidəki təxminən 700 hərbi qulluqçu qonşu Keniya və Cibuti kimi digər Afrika ölkələrinə köçürülüb.
Karns yeni prezident seçilən Co Baydenin geri çəkilmə qərarını ləğv edib-etməyəcəyi ilə bağlı suallar ətrafında fikir yürütməyin doğru olmayacağını ifadə edib.
Qeyd edilir ki, ABŞ hərbi qüvvələrinin geri çəkilməsi barədə qərar prezident seçkilərindən bir neçə həftə əvvəl verilib. Donald Tramp 2020-ci ilin dekabrında Somalidəki bəzi Amerika qoşunlarının 2021-ci ilin əvvəlinə qədər çıxması barədə əmr imzalamışdı. Trampın geri çəkilmə qərarına baxmayaraq, ABŞ ordusu Somalidə terror təşkilatı “Əş-Şəbab”a qarşı hava əməliyyatlarını davam etdirib.

DİGƏR XƏBƏRLƏR

Top