"Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra gedib işləsinlər" - Siyavuş Novruzov


"Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra gedib işləsinlər. Zamanında biz də işləmişik".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov "Müsavat TV"nin canlı yayımında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə debatda çıxışı zamanı səsləndirib.
O, dünya təcrübəsindən nümunə gətirərək bildirib ki, ABŞ-da milyonçuların övladları tələbə olarkən səhər gedib oxuyur, axşam restoranda qab yuyur.
Əli Əliyev isə Siyavuş Novruzova cavabında bildirib ki, ABŞ-da tələbə ofisiant işləyən zaman gününə 40-50 dollar pul qazanır, amma Azərbaycanda alim saatına heç 10 dollar pul qazana bilmir”.

DİGƏR XƏBƏRLƏR

Top